İranı DÇ 2026 da İtaliya əvəzləyəcək? Trampın xüsusi nümayəndəsi təsdiqlədi

23.04.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli DÇ-2026-da İran millisinin İtaliya ilə əvəz olunmasını təklif edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Financial Times" belə çatdırıb:

"Təsdiqləyirəm ki, Trampa və FIFA prezidenti Canni İnfantinoya dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif etmişəm. Əslən italiyalıyam. Bu səbədən də İtaliyanı ABŞ-də keçiriləcək turnirdə görmək arzumdur. Dörd titulu olan İtaliyanın mundialda iştirak üçün bütün lazımi keyfiyyətləri var".

İran DÇ-2026-nın G qrupunda Belçika, Yeni Zelandiya və Misirlə mübarizə aparacaq.

İtaliya millisi pley-offda Bosniya və Herseqovinaya uduzaraq ardıcıl 3-cü dəfə DÇ-dən kənarda qalıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью