Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin son günlər İran ərazisinə endirdiyi zərbələrə münasibət bildirib.
“Biz İranı məhv edirik, amma çox yaxşı davranırıq… Böyük təmkin nümayiş etdiririk. Səbir göstəririk, çox böyük səbir”, – deyə Tramp bildirib.
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp iranlıların onun ifadəsi ilə desək, 51 il əvvəl “ağıllarını itirdiklərini” bəyan edib. O, çoxsaylı amerikalıların və mülki şəxslərin ölümündə Tehranı ittiham edib və İranın nüvə silahı əldə etməsinə yol verilməməli olduğunu bir daha vurğulayıb.
Vaşinqtonla Tehran arasında qarşıdurma bir neçə onillikdir davam edir. Münasibətlər 1979-cu ildə İslam inqilabından və Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsindən sonra kəskin şəkildə pisləşib. 1980-ci ildə iki ölkə diplomatik əlaqələri kəsib.
ABŞ dəfələrlə İranı Amerika hərbçilərinə qarşı hücumlarda iştirak edən silahlı qruplaşmaları dəstəkləməkdə ittiham edib. Xüsusilə, İranpərəst silahlı birləşmələr İraq və Suriyadakı ABŞ obyektlərinə hücumlar həyata keçiriblər.
N.Talıblı
Post navigationPrevious: Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək
Next: ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq