Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Siyasətin ikiüzlülüyü – Qətər, yoxsa Rusiya? Lavrov, yoxsa Məhəmməd Əl Tani?
Siyasətdə nə varsa ikinüsxəlidir. Birnüsxəli deyil. İranın Rusiya münasibətləri də ikidosyelidir.
Bu ikiqanadlı siyasət Sergey Lavrovun son Tehran səfəri zamanı da özünü gizlətmədi.
Görüş günü Tehran həm də beynəlxalq TRASEKA nəqliyyat dəhlizinin növbəti – 17-ci Sammitinə ev sahibliyi edirdi.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan, Gürcüstan, Qazaxıstan və ən vacibi – Çin bayraqlarının sıx əhatəsindəydi.
Sevincini gizlətmirdi. TRASEKA-da birillik sədrlik kürsüsü Tehrana keçirdi axı.
Gözlənilməz, yaxud gözlənilən bu xəbər, Sergey Lavrovun sifətini, üz ifadələrini bir az da turşutdu Tehranda.
Rusiya XİN rəhbəri İranın Rusiya ilə münasibətlərini birmənalı, birnüsxəli edə bilmədi.