Icma.az xəbər verir, News24 saytına əsaslanaraq. Siyasətin ikiüzlülüyü – Qətər, yoxsa Rusiya?Lavrov, yoxsa Məhəmməd Əl Tani?Siyasətdə nə var
Strateji siyasət marşrutlarına tam nəzarəti o həyata keçirir.Zəriflə Lavrovun göydəki, yerdəki ulduzları çoxdan barışmır.Cavad Zərif özünün
Gizli səsyazılarında Putinlə Lavrovu İrana qarşı ikiüzlü, ikinüsxəli siyasətdə ittiham edib.
Deyib: “Mərhum Qasım Süleymani yox, Putin İran nizami ordu birliklərini Suriyaya gətirilməsini tələb edirdi.
Lavrov ancaq Süleymani ilə dialoqda idi, rəsmi İran XİN-ini əsla tanımırdı. İranın Suriyaya girməyi ciddi yanlış addımdır.
Bizi Putin ora çəkib bataqlığa salacaq. Suriyada bizi məğlub edəcək.
Sonra yeni şərtlərini səsləndirəcək”.2021-ci ildə Zərifin Putinin, Lavrovun ünvanına səsləndirdiyi bu ittihamlar, indi, 2025-ci ildə tam təsdiqlənib.Zərifin Rusiya ilə, Lavrov, Putinlə qarşıdurması hələ bitməyib.İndi də daha ciddi şəkildə davam edir.Cavad Zərif Lavrova öz növbəti zərbəsini bax bu son Tehran görüşləri zamanı vurdu.Putinin arzuladığı “Cənub-Şimal” nəqliyyat dəhlizini TRASİCA marşrutu ilə sığortaladı.Bu, bir.İkinci zərbəyə gəlincə…Abbas Araqçı, qəfil elan etdi ki, Lavrov İrana ABŞ-dan məktub gətirməyib.Sonra jurnalistlərə pıçıldadı: “Heç Qətər də ABŞ məktubunu İrana ötürməyib hələ”.Hələ, necə deyərlər, gətirməyib.Beləliklə, son İran-Rusiya münasibətləri birnüsxəli deyil.İkinüsxəlidir.Çin tərəfindən sığortalanıb.ABŞ-la əlaqənin hələ bir Qətər qolu, Qətər yolu da mövcuddu İran XİN-i üçün.Azərbaycanın maraqları isə həm “Cənub-Şimal”, həm TRASEKA nəqliyyat dəhlizlərindədir.Sonuncu həm də Zəngəzur yolu kimi də deşifrələnir.S.
Tehrandan sonra Lavrov Qətərə tələsib.Təlaşı anlaşılandır.İranın, İran XİN-in iki adaxlısı var.ABŞ məktubu da ikinüsxəlidir.