İranı parçalamaq üçün etnik plan işə salındı

22.09.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xarici qüvvələr İranı ram etmək üçün yolları bağlayırlar, amma bu səyləri əbəsdir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Onlar xalqımızı, millətimizi özlərinə tabe etmək üçün yolları bağlayırlar, çünki bunu hərbi vasitələrlə edə bilmədilər”, - o qeyd edib.

Pezeşkianın sözlərinə görə, hazırda mümkün olan hər yerdə müxtəlif çətinliklər yaratmağa cəhdlər olunur: “Həm hava, həm də quru yollarını bağlayırlar. Daxili parçalanmaları qızışdırmaq, mediadan istifadə etmək və etnik qruplarla əlaqələr qurmaq istəyirlər”.

İran Prezidenti iddia edib ki, məqsəd ölkəni daxildən zəiflətmək və tabe olmağa məcbur etmək üçün onun istənilən nöqtədə zəifliyindən maksimum istifadə etməkdir:

“Amma biz Allahın köməyi ilə bütün bunları puça çıxaracağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью