İranı TƏRK EDİN! ÇAĞIRIŞ

10.04.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Dünən Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkə vətəndaşlarını girov götürülmək riskinə məruz qalmamaları üçün İrana səfər etməkdən çəkinməyə çağırıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

“Bütün soydaşlarımızdan İrana səfər etməməyi xahiş edirəm, eləcə də hazırda İranda müvəqqəti yaşayan vətəndaşlarımızdan Fransaya qayıtmalarını istəyirəm”, - deyə XİN rəhbəri vurğulayıb.

İranda girov saxlanılan Fransa vətəndaşlarının azadlığa buraxılması üçün Tehrana edilən davamlı təzyiqlərə toxunan Jan-Noel Barrot qeyd edib ki, İslam Respublikasında fransızların özbaşına həbs edilməsi təhlükəsi daha yüksəkdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью