“İranı tərk edin” XİN dən vətəndaşlara təcili çağırış

28.02.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur”, - XİN-dən qeyd olunub.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

[email protected]

+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

[email protected]

+98 901 414 31 57

+98 935 317 21 01

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью