Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Türkiyə və Səudiyyə Ərəbistanı liderləri İranla bağlı vəziyyətin diplomatik yolla həllinə töhfə verə bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hürriyyət”in yazarı Abdulqadir Selvi bildirib.
“İran Türkiyənin ən etibarlı qonşusudur; oradakı sabitlik onun öz sabitliyi kimi qəbul edilir. İran məsələsinin siyasi həlli hələ də mümkündür. Yalnız Prezident Ərdoğan İranı düşdüyü tələdən çıxara bilər. Türkiyə və Səudiyyə Ərəbistanı bunu təmin edə bilər”, - o yazıb.
Selvi xarici işlər naziri Hakan Fidanın ABŞ-ı Venesuelanın İranla bağlı təcrübəsini təkrarlamamağa çağırmasını da xatırladıb.