“İranı yenidən bombalaya bilərəm”

25.10.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranı yenidən bombalaya bilərəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada həyat yoldaşı Melaniya Trampla birlikdə səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, İranla bağlı hərbi əməliyyatları yenidən başlada biləcəyini istisna etməyib. Tramp Tehranın razılaşmaya gəlməyəcəyi təqdirdə İrana yenidən zərbələr endirə biləcəyini bildirib.

ABŞ lideri İranın hərbi və iqtisadi baxımdan, demək olar ki, məhv edildiyini iddia edib.

Tramp Vaşinqtonun İrana yenidən hücum edib-etməyəcəyi ilə bağlı sualı da a cavablandırıb: “Bunu sona qədər çatdırmalı ola bilərəm, yoxsa onlar razılığa gələcəklər. Əmin deyiləm. Hər halda, biz qalib gələcəyik. Amma İranı yenidən bombalaya bilərəm”.

Tramp Tehranın ABŞ ilə razılaşmaq istədiyini və bunun mümkün olduğunu söyləsə də, İranın əldə ediləcək razılaşmaya əməl edəcəyinə əmin olmadığını vurğulayıb. O, həmçinin bildirib ki, ABŞ İranı dayandırmasaydı, ölkə nüvə silahı əldə etməyin yolunu tapardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью