Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Silahlı Qüvvələri Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi İsrailin hücumuna məruz qaldıqdan sonra 2 yüksək vəzifəli hərbçi həlak olub.
Yenisabah.az ısna-ya istinadla xəbər verir ki, bu, Qulamrza Mehrabi və general Mehdi Rəbbanidir.
Onlardan ilki Baş Qərargahın Kəşfiyyat idarəsi üzrə müavin, digəri əməliyyatlar üzrə müavini olub.