İranın 300 milyardını ABŞ verməyəcək KİV

18.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Fars körfəzi ölkələri İranın bərpası üçün yaradılacaq 300 milyard dollarlıq fondun iştirakçıları olacaq, lakin ABŞ bu fonda qoşulmayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Fox Nyus” məlumat yayıb.

“Fars körfəzi ölkələrinin qonşuları İranın bərpasına sərmayə yatıracaqları 300 milyard dollarlıq fond yaradılacaq, lakin biz yox”, - məlumatda qeyd olunub.

Məlumata görə, ABŞ zəruri lisenziyalar, istisnalar və icazələr verməklə İranda kimin bizneslə məşğul olacağına nəzarət edəcək.

İrana qarşı sanksiyalar isə yalnız yekun saziş imzalandıqdan sonra ləğv ediləcək və bu saziş yalnız daha sərt olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью