İranın 4 şəhəri silkələndi: yaralılar var Yenilənib

01.05.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətində baş verən zəlzələ nəticəsində 19 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumatı əyalətin qubernatoru Seyid Məsud Yavəri də təsdiq edib. O, xəsarət alanların sayının artacağını istisna etməyib. Lakin yaralıların yüngül xəsarət aldığı bildirilir.

***

İranda səhər saatlarında 5 bal gücündə zəlzələ olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Zəlzələnin  Törbət Heydəriyyə, Baxərz , Məhəllət və Məşəd şəhərlərində hiss olunduğu bildirilir.

Xorasan Rəzəvi Valiliyinin Böhran İdarəetmə Bürosu sözügedən ərazilərə dəstək briqadaları göndərib. Məlumata görə, hadisə nəticəsində ölən yoxdur, lakin iki nəfər xəsarət alıb.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью