İranın ABŞ dan iki əsas tələbi var CNN

20.04.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran ABŞ-dan sanksiyaların aradan qaldırılmasını və 20 milyard dollardan çox dəyərində aktivlərin azad edilməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təklifdə Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi müqabilində İran aktivlərinin dondurulmasının ləğvi nəzərdə tutulur.

ABŞ mənbələrinə görə, İranda təxminən 440 kq yüksək dərəcədə zənginləşdirilmiş uran var.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью