Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın ali rəhbəri Əli Xamenei ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarının ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə belə bir ssenari təkcə iki ölkə arasında qarşıdurma ilə yekunlaşmayacaq və genişmiqyaslı regional münaqişəyə çevrilə bilər.
Əli Xamanei İran cəmiyyətini ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından çəkinməməyə çağırıb.
Ali lider vurğulayıb ki, İran müharibə tərəfdarı deyil və heç bir ölkəyə hücum etmək niyyətində deyil:
"Lakin ölkəyə qarşı istənilən hücum və ya zərər verici addım qətiyyətlə cavabsız qalmayacaq və İran xalqı özünü müdafiə edəcək".