İranın Ali Rəhbəri Rusiya və Çinlə əlaqələrin inkişaf etdirilməsini prioritet adlandırıb

15.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İranın ali dini lideri Əli Xamenei Moskva və Pekinlə əlaqələrin inkişaf etdirilməsini Tehranın xarici siyasətinin prioritet istiqamətlərindən biri adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.

“Asiyanın iqtisadi mərkəzləri olan Çin və Rusiya kimi ölkələrlə iqtisadi əlaqələr qurmaq prioritetdir”, - deyə agetlik dini rəhmərin çıxışından sitat gətirib. Xamneyi qeyd edib ki, bəzi prosesləri həyata keçirmək kifayət qədər çətindir, lakin “lazımi diqqət və düzgün taktika ilə” həyata keçirilə bilər.

İranın Ali Dini Rəhbəri həmçinin İslam Respublikası Xarici İşlər Nazirliyinin qonşu ölkələrlə əlaqələrin qurulması istiqamətində fəaliyyətini, eləcə də İranın yüksək rütbəli rəsmilərinin dövlətin beynəlxalq aləmdə imicini gücləndirmək üçün son səfərlərini yüksək qiymətləndirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью