İranın Astara şəhərində Rusiya vətəndaşı öldürülüb

22.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İranda Rusiya vətəndaşı qətlə yetirilib.

Azpost.info RİA-Novosti”-yə istinadən bildirir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, qətlə yetirilən rusiyalı yük maşınının sürücüsü öldürülüb. Onun meyiti İranın şimalındakı Gilan əyalətində tapılıb.

“Bu il dekabrın 16-da Astara şəhəri yaxınlığındakı parkda Dağıstan əsilli Rusiya vətəndaşının güllə yaraları olan meyiti aşkar edilib. O, yük maşını sürücüsü olub”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Departament aydınlaşdırıb ki, hazırda İran hakimiyyət orqanları Rusiyanın Rəştdəki Baş Konsulluğu və İrandakı səfirliyinin yaxından nəzarətində olan araşdırma aparır.

“Rusiya tərəfi iranlı həmkarlarımızı təcili və hərtərəfli araşdırmaya, günahkarları cəzalandırmağa və Astara sərhəd-keçid məntəqəsində asayişi bərpa etməyə çağırır”, – diplomatlar əlavə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью