Bizimyol saytına istinadən Icma.az xəbər verir. “İran, ABŞ və İsrailin Yaxın Şərqdə məsələləri həll etmək üçün müxtəlif fikirləri var.
İran keçən 15 ayın içində bütün proksi qüvvələrini itirib. “HƏMAS”-ın İsraili təhlükəyə salmaq qüdrəti qalmayıb.
“Hizbullah” böyük zərbələr alıb. Daha onun əvvəllər olduğu kimi İsrailin qarşısında dayanmaq gücü yoxdur.
Livanda”Hizbullah”ın artıq əvvəlki gücü qalmayıb. Suriyada da İranın müttəfiqi olan Əsəd rejimi dağıldı.
İran demək olar ki, son 46 il ərzində bu günki qədər zəif vəziyyətə düşməmişdi”.
Bu barədə danışan güneyli siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran bir tərəfdən proksi qüvvəlırini itirib, digər tərəfdən iqtisadi sanksiyalar maksimum həddədir, bir başqa tərəfdən avropalılar İrana qarşı siyasi təzyiqləri çoxaldıblar və deyirlər ki, İran Rusiya ilə Ukrayna müharibəsində həmrəylik göstərir, bu vəziyyət Avropanı təhlükəyə salır.
Maşallah Rəzmi “Bir tərəfdən İsrail deyir ki, “İran atom bombası düzəltmək istəyir, biz bunu qəbul etmirik”.
Yəni ABŞ iqtisadi sanksiyalarla, Avropa siyasi təzyiqlərlə, İsrail hərbi təhdidlərlə İranın üzərinə gəlir.