İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili İsveçrəyə sığındı

03.02.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd diplomatik missiyanı tərk edərək İsveçrəyə sığınıb.

Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Nazirlik əməkdaşlarının isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını, ya da İran kəşfiyyat orqanlarından qorxduqlarını əsas gətirdikləri qeyd olunur.
Qeyd edək ki, Q.Derikvənd 2011-2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Onun həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, onun Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью