İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edildi KONKRET | Icma.az
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, bu gün İranın Azərbaycandakı sabiq səfiri Seyid Abbas Musəvi İran Prezident Administrasiyasının rəhbərinin protokol və rəsmi tədbirlər üzrə müavini vəzifəsinə təyin olunub.
Bildirilir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Möhsün Hacımirzayi qərar verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu