Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İranın Azərbaycandakı səfiri ABŞ-nin vitse-prezidenti Vensin rəsmi Bakının və regiondakı bir sıra digər ölkələrin Vaşinqtona yardım etdiyi barədə son açıqlamalarına cavab verib.
Qeyd edək ki, Vens Azərbaycan, Türkiyə və Fars körfəzi ölkələrinin ticarət gəmilərinə hücumlara cavab olaraq ABŞ-ın İranı “cəzalandırmasına” kömək etdiyini iddia etmişdi.
“Vensin açıqlamaları təcavüzkar və ekspansionist ABŞ rejiminin və sionist işğalçıların Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində gərginlik yaratmaq üçün etdiyi pis planlarını və səylərini göstərir”.
“Cebheinfo.az”-ın məlumatına görə, İranın Azərbaycandakı səfiri Müctəba Demirçilu İran mediasına açıqlamasında belə deyib.
Demirçilu bildirib ki, region ölkələrinin bu cür təxribatlara yol verməyəcəyinə şübhə yoxdur ki, bu da onların sayıqlığına və uzaqgörənliyinə dəlalət edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin