İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var AÇIQLAMA

29.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Azərbaycan digər dövlətlərlə, qonşu ölkələrlə münasibətlərdə ikitərəfli əməkdaşlığa daha çox önəm verir”.

Bunu siyasi şərhçi Fuad Abbasov Bakivaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa dövlətlə əlaqəsini üçüncü ölkəyə qarşı istifadə etməyib, buna imkan verməyib:

“Əfsuslar olsun ki, İrandan adekvat yanaşma görməmişik".

Ekspert bildirib ki, Tehran hökuməti hər fürsətdə Azərbaycanı İsraillə əməkdaşlıqda suçlayıb, ikili münasibətlərin guya onlara qarşı yönəldiyini iddia edib:

"Zəngəzur dəhlizi və Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətt"ləri elan edib. Amma son dönəmlərdə Rusiya və İranın Suriyadan çəkilməsi də Tehran rejiminin əlini zəiflədib. Qərbin, xüsusən ABŞ-nin İrana qarşı təzyiqləri, sanksiyaları gündəmdədir. Belə məqamda İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var. Bu fonda nəqliyyat, iqtisadiyyat və sahələrdə əməkdaşlıq sazişlərinin imzalanması mümkündür”.

Fuad Abbasov: İranla əlaqələrdə diqqətli olmalıyıq, balanslı siyasət sərgilənməlidir

Müsahibimiz vurulayıb ki, Azərbaycan bütün sərhəd qonşuları yaxşı əlaqələr qurmağa çalışıb, hamısı ilə yüksək əməkdaşlıqda maraqlı olub:

“İranla da əlaqələrə xüsusi diqqət yetirmişik, çünki orada milyonlarla soydaşımız yaşayır. Hesab edirəm ki, İranla əlaqələrdə diqqətli olmalıyıq, balanslı siyasət sərgilənməlidir".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью