İranın Baş Qərargah rəisi Qətərə dəstək ifadə edib

11.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və Qətər Baş nazirinin müavini Səud bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.

APA “Tasnim”ə istinadən xəbər verir ki, tərəflər İsrailin Qətərə hücumunu müzakirə ediblər.

Musəvi vurğulayıb ki, İran silahlı qüvvələri Qətəri dəstəkləmək üçün heç vaxt tərəddüd etməyəcək, çünki “İranın Qətərlə əlaqələri qardaşlıq əsasında qurulub”.

Baş Qərargah rəisi qeyd edib ki, Amerikanın koordinasiyası və dəstəyi olmadan Qətərə hücum baş verə bilməzdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью