İranın başına “cəhənnəm yağacaq” Trampdan İrana HƏDƏ

16.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Əgər nüvə silahı əldə etsə, İranın başına “cəhənnəm yağacaq”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.

Tramp bildirib ki, onun üçün vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına malik olmamasıdır.

O qeyd edib ki, bu məsələ razılaşmada aydın şəkildə öz əksini tapıb: “Onlar nüvə silahı istehsal etməyəcək və almayacaqlar. Bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər”.

ABŞ Prezidenti İranla müharibənin başlama səbəbinin də məhz bu olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью