İranın Bəlucistan əyalətində Sepah 23 silahlını öldürüb, 46sını həbs edib

15.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 23 silahlı öldürülüb, 46-sı həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" İRNA-ya istinadən xəbər verir ki, bunu “Təhlükəsizlik şəhidləri” əməliyyatının nümayəndəsi Əhməd Şafai bildirib.

Onun sözlərinə görə, daha yeddi silahlı təslim olub.

Xatırladaq ki, bu əyalətdə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə silahlılar arasında atışmada üç hərbçi ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью