İranın Bəndər Abbas limanında baş verən partlayışda ölənlər və yüzlərlə xəsarət alanlar var

26.04.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın cənub-qərbindəki Bəndər Abbas limanında yanğın nəticəsində güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb. İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasında partlayış nəticəsində 4 nəfərin öldüyü bildirilib.

Bizimyol.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, partlayışla nəticələnən yanğına gömrük idarəsində yanar materialların alışması səbəb olub.

Gömrük İdarəsindən verilən açıqlamada: “Partlayış böyük ehtimalla liman ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda başlayan yanğın nəticəsində baş verib. Yanğın materialların alovlanmasına sonra sonra isə genişlənərək partlayışa səbəb olub”, - deyə bildirilir.

Səlahiyyətlilər partlayışdan sonra hadisə yerinə ilk yardım qruplarının gəldiyini və ərazidə evakuasiya işlərinin başladığını bildirib. Yerli mətbuatın məlumatına görə, ətraf əyalətlərdə hiss edilən şiddətli partlayış "zəlzələ" ilə səhv salınıb.

Fars körfəzi sahilində yerləşən limanda bütün fəaliyyətlər dayandırılıb, partlayış ətrafdakı avtomobillərə və binalara ziyan vurub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью