Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan bəyan edib ki, Tehran regionun geosiyasi strukturunda istənilən dəyişikliyə qarşıdır.
Əli Əkbər Əhmədiyan İranın nəqliyyat marşrutlarının açılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib və Ermənistanın mövqeyini dəstəkləyib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Milli Təhlükəsizlik Şurasının katibinin açıqlaması yersiz bir açıqlamadır: “Nəzərə alsaq ki, bu açıqlama hazırda Güney Qafqazda mövcud olan şərtlərə uyğun deyil və əslində gərginləşdirici bir bəyanat kimi dəyərləndirilməlidir və Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı cizgisi hesab edir.
İran başa düşmür ki, hazırda Ermənistanın ərazi bütövlüyünə hansısa bir təhdid yoxdur və əslində bu tipli bəyanatlarla İran öz niyyətini pərdələməyə çalışır.
Ermənistan da öz mövqeyini gücləndirməklə yanaşı, Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir”.
Oqtay Qasımov Politoloq bildirib ki, İran məhz Zəngəzur dəhlizinin açılmasına iki səbəbdən maraqlıdır: “Biri siyasi səbəbdir.
İran istəyir ki, bu dəhliz onun ərazisindən keçsin və bu dəhlizdən illik tranzit gəlirləri bir neçə milyon dollar təşkil edir.