Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Konarak və Çabahar şəhərlərində partlayış səsləri eşidilib.
APA xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Bundan başqa İranın cənubunda, Hörmüzgan əyalətinin Bəndər Abbas və Sirik şəhərlərində də partlayış səslərinin eşidildiyi bildirilir.