İranın birinci vitse prezidenti Qazaxıstanın Baş naziri ilə görüşüb

31.01.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclası çərçivəsində Qazaxıstana səfər edən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ölkənin Baş naziri Oljas Bektenovla bir araya gəlib.
Missiya.Az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığı, o cümlədən nəqliyyat, logistika və investisiyaların genişləndirilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda, ikitərəfli ticarətin həcminin üç milyard dollara çatdırılmasına xüsusi diqqət yetirilib. Məhəmməd Rza Arif bildirib ki, İran yeni yaranan texnologiyalar sahəsindəki təcrübələrini qonşu ölkələrə ötürməyə hazırdır.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью