İranın birinci vitse prezidenti: Qonşu ölkələrlə münasibətin inkişafı bizim üçün prioritetdir

30.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

İranın xarici siyasətində qonşu ölkələrlə münasibətin inkişafı prioritet məsələdir.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin birinci müavini Məhəmməd Reza Arif Qazaxıstana səfəri öncəsi Tehranda Mehrabad Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranın özəl sektorunun qonşu və region ölkələri ilə əlaqələri yaxşılaşdırması planlaşdırılır.

Qeyd edək ki, M.R.Aref Qazaxıstana ikigünlük səfərə yola düşür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью