İranın bu əyalətində 1000 nəfərə cinayət işi açıldı

22.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İranın Zəncan əyalətində yanvar etirazları və 40 günlük müharibə ilə bağlı 1000 nəfər barəsində cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyəti məlumat yayıb.

Onların media və hökumətə qarşı təbliğatla aksiyaların keçirilməsində rol oynadıqları və təşkilatçılıq etdikləri bildirilib.

Bununla yanaşı, Sistan və Bəluçistan əyalətində 111 və Mazandaran əyalətində isə 700 nəfərə qarşı da ittihamlar irəli sürülüb.

Müttəhimlərdən bəzilərinin xarici ölkələrdə yaşadığı qeyd olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью