Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın "Buşehr" Atom Elektrik Stansiyasının (AES) birinci enerji bloku planlı yanacaq dəyişdirilməsi və təmir işlərindən sonra ölkənin vahid enerji sisteminə yenidən qoşulub.
"Report" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (AEOİ) məlumat yayıb.
Bildirilib ki, AES-də yanacağın dəyişdirilməsi və planlı təmir işlərinə ölkənin enerji sisteminin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra başlanılıb. İşlər uğurla başa çatdırıldıqdan sonra stansiya noyabrın 24-də yenidən vahid enerji sisteminə qoşulub.
Təşkilatın məlumatına görə, stansiyada hər il yanacağın dəyişdirilməsi zamanı avadanlıqların iş səmərəliliyinin artırılması, təhlükəsizliyin təmin edilməsi və istismar müddətinin uzadılması məqsədilə texniki yoxlamalar, təmir və texniki xidmət işləri də aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin