Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat zamanı İran tərəfinin cavab raket zərbələrinin sayı 90% azalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt məlumat verib.
“Cəmi altı gün ərzində İranın ballistik raketlərlə həyata keçirdiyi cavab zərbələrinin sayı 90 faiz azalıb”, - deyə o, jurnalistlərlə söhbətində bildirib.
Bundan əlavə, Livitt qeyd edib ki, Vaşinqtonun hesablamalarına görə artıq “30-dan çox İran gəmisi və üzən vasitəsi batırılıb”. Onun sözlərinə görə, “Pentaqon İran Hərbi Dəniz Qüvvələrini artıq döyüş qabiliyyətini itirmiş hesab edir”.
Xədicə BAXIŞLI