İranın cavabı inanılmaz olacaq Baqeri | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. İsrailin son təcavüzünə Tehranın cavabı amansız olacaq.
Ölkə.Az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ölkənin Silahlı Qüvvələrinin Ali Şurasının iclasında bildirib.
Baqeri İsrailin oktyabrın 26-da İran ərazisinə endirdiyi zərbəyə cavabın artıq planlaşdırıldığını və bunun İsrail hökuməti üçün “təsəvvür olunmaz səviyyədə” olacağını vəd edib.
O əlavə edib ki, bu əvvəlki iki əməliyyat forma və mahiyyətinə görə fərqlənəcək.
Baqeri onu da qeyd edib ki, İsrail İranın qırmızı xətlərini keçdiyi üçün Tehranın da "təcavüzkarları tövbə etməsinə səbəb olacaq" cavabı lazımi vaxtda verəcək.
Mürtəza Ölkə.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu