Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran ABŞ və İsrailin hücumlarına qisas çərçivəsində, 28 fevraldan bəri əksəriyyəti Körfəz bölgəsində olmaqla, 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrə ən azı 3 955 hücum həyata keçirib.
ABŞ və İsrailin İrana qarşı hücumları və İranın cavab zərbələri davam edərkən, Körfəz ölkələrində bir çox strateji nöqtə hədəf alınıb.
"Cebheinfo.az" xəbər verir ki, "Anadolu Agentliyi" (AA) müxbirinin hücuma məruz qalan ölkələrin müdafiə nazirlikləri və informasiya mərkəzlərinin məlumatlarına əsasən hazırladığı statistikaya görə, hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
BƏƏ Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, hücumlar başlayandan bəri BƏƏ-nin müdafiə sistemlərinin 304 ballistik raket, 15 qanadlı raket və 1 627 PUA-ya müdaxilə etdiyi qeyd olunub.
Rəsmi İran xəbər agentliyi IRNA-nın məlumatına görə, 28 fevraldan bəri ABŞ və İsrailə məxsus 60 strateji hədəfə və 500 hərbi obyektə hücumlar həyata keçirilib, 700-dən çox dron və yüzlərlə raketdən istifadə olunub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin