İranın cənubşərqində iki bəsic öldürülüb

18.11.2024

Icma.az bildirir, Missiya.az portalına istinadən.


Bu gün səhər saatlarında İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Səravan rayonunda silahlıların hücumu nəticəsində iki bəsic ölüb.
Missiya.Az 
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat  yayıb.

Bildirilib ki, bəsiclər şəxsi avtomobillərində işdən evə qayıdırmışlar. Onlara gözlənilmədən silahlılar hücum ediblər.

İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirir. Bəsic yarıhərbi silahlı təşkilatdır. O, Sepahın əsas kadr bazası sayılır.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью