İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11.06.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

İranın cənubunda metanol anbarında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə Buşehr əyalətinin təcili tibbi yardımın rəhbəri Həsən Musəvi bildirib.

“Kaveh Bandar neft-kimya şirkətinin metanol anbarında baş vermiş yanğın nəticəsində indiyədək 3 nəfər ölüb, daha 10 nəfər yaralanıb”, – Onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Hindistanın şimal-qərbindəki Muktsar rayonunda Pəncab ştatında fişəng fabrikində partlayış baş verib , nəticədə 5 nəfər ölüb, 34 nəfər yaralanıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью