İranın cənubunda ZƏLZƏLƏ

06.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İranın cənubunda 5,3 bal gücündə zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi təqribən 1,25 milyon olan Şiraz şəhərindən 139 km cənubda olub. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью