İranın daxili işlər naziri Qətərə səfər edib

05.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İranın daxili işlər naziri İsgəndər Momeni Qətərə səfər edib.

Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, İ. Momeni qətərli həmkarı Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Taninin rəsmi dəvəti ilə bu ölkənin rəsmiləri ilə görüşmək üçün Dohaya yola düşüb.

"Momeninin bu səfərdə Qətərin daxili işlər naziri Xəlifə bin Həməd bin Xəlifə Al Tani ilə görüşüb danışıqlar aparması planlaşdırılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, daxili işlər naziri bu rəsmi səfərdə həmçinin Qətərin digər rəsmiləri ilə də danışıqlar aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью