İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq Kontr admiral

23.04.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“ABŞ İranın cavab hücumlarının qarşısını almaq üçün atəşkəs danışıqlarından gecikdirmə taktikası kimi istifadə etdi”.

Turkustan.az xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı deyib.

O, ABŞ-ın İrana qarşı potensial “blokada” planının artan təhlükəsi barədə GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında maraqlı fikirlər səsləndirib.

Ekspertin sözlərinə görə, bu proses zamanı amfibiya hücum gəmiləri və sualtı qayıqlar Hörmüz boğazından keçərək körfəzdə yerləşdilər:

“Məqsəd İranın Xarq adasındakı neft ixracını dayandırmaqdır. ABŞ-ın blokada planına qarşı İranın ən böyük silahı Kəngər körfəzini, Oman körfəzini və husilər vasitəsilə Bab əl-Məndəb boğazını qlobal ticarət üçün bağlamaqdır. Bu üç dəniz bağlanarsa, neft qiymətləri və dollar nəzarətdən çıxa bilər. Belə bir böhranda Avropa və Türkiyə kimi ölkələr ciddi iqtisadi böhranla üzləşə bilər”./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью