İranın dini lideri 3 mindən çox məhbusu əfv etdi

05.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İranın dini lideri Əli Xamenei İslam İnqilabının 46-cı ildönümü münasibətilə 3126 məhbusu əfv edib.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, Xamenei İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Ejeinin ümumi, inqilabi və hərbi məhkəmələrdə mühakimə olunan 3126 nəfərin əfv edilməsi və ya cəzalarının azaldılması tələbini təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью