İranın dondurulmuş aktivləri geri qaytarılır

22.06.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la əldə olunmuş anlaşma mətnindəki maddələrin ölkəsinin xeyrinə olduğunu qeyd edərək, Qətərdə bloklanmış 6 milyard dolların İrana qaytarılacağını deyib.

Marja xəbər verir ki, Prezident Pezeşkian paytaxt Tehrandakı Mərkəzi Bankın konfrans zalında keçirilən 33-cü Pul və Bank Siyasətləri Simpoziumunda çıxış edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-la əldə olunan anlaşma mətnindəki maddələrin ölkəsinin maraqlarına uyğun olduğunu bildirən İran Prezidenti deyib: “Danışıqlar prosesinin bu gün başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”.

Pezeşkian ABŞ-ın yeganə tələbinin “İranın nüvə bombasına sahib olmaması” olduğunu vurğulayıb. O qeyd edib ki, bu məsələ ölkənin ali rəhbəri Əli Xamenei tərəfindən dəfələrlə dilə gətirilib və onsuz da İranın istəmədiyi bir məsələdir.

ABŞ sanksiyaları səbəbindən İranın bəzi ölkələrin banklarında neft satışlarından əldə etdiyi vəsaitlər bloklanmışdı. Tehran administrasiyası ABŞ-la danışıqlarda sanksiyaların ləğvini və bloklanmış vəsaitlərin azad edilməsini tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью