İranın dronu və uşaqların qışqırıq səsləri VİDEO

05.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.

"Cebheinfo.az" dronun məktəb ərazisinə düşdüyü anın yeni görüntülərini təqdim edir.

Videolarda azyaşlı məktəblilərin qorxu içində qışqırdığı səhnələr açıq-aydın görünür. Hücum nəticəsində məktəb və ətraf ərazilərdə ciddi panika yaşanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью