Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İran hazırkı zərbələrinin intensivliyini qoruyub saxlasa, ABŞ, İsrail və Körfəz dövlətlərinin tutma raket arsenalları bir neçə gün ərzində tükənə bilər.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan bir mənbəyə istinadla məlumat paylaşıb.
Agentlik qeyd edir ki, İranın ballistik və kruiz raketlərinə, eləcə də dronlara qarşı müdafiə çox sayda tutma raketi tələb edir: hərbi doktrina adətən hər hədəfə iki-üç raket atmağı tələb edir. Nəticədə, ehtiyatlar istehsalın davam edə biləcəyindən daha sürətlə tükənir.
“Stimson” Mərkəzinin baş elmi işçisi Kelli Qriekonun “Bloomberg”ə deyib ki, tutma raketləri, xüsusən də anti-ballistik raketlər ciddi narahatlıq doğurur: “Çünki biz onları istehsal edə biləcəyimizdən daha sürətlə istifadə edirik".
Ekspertlər bildirirlər ki, əgər İran irimiqyaslı raketlər buraxmağa davam edərsə, sual hava hücumundan müdafiənin effektivliyində deyil, kimin əvvəlcə sursatı tükənəcəyində olacaq.
"The Wall Street Journal” qəzeti isə yazır ki, ABŞ ordusu ABŞ liderlərini İranla böyük münaqişə baş verəcəyi təqdirdə raket əleyhinə tutucu qurğuların ehtiyatlarının sürətlə tükənməsi riski barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, bu, “Patriot” və “THAAD” da daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün sursatlara aiddir. İntensiv raket zərbələri bir neçə həftə ərzində bu cür tutucu qurğuların ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirə bilər.
V. QULİYEV