İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

25.04.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodunda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Çaharbağ qubernatorunun sözlərinə görə, hadisə yerində Çaharbağ və ətraf şəhərlərin yanğınsöndürmə bölmələri, həmçinin xilasetmə xidmətləri işləyir.

Yanğının səbəbləri və mümkün zərərçəkənlər barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью