İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı

15.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qalıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, "Shadow Bits" adlanan haker qrupu İran Mobil Rabitə Şirkətinin ("Həmrah-e əvvəl") müştəri məlumat bazasına kiberhücum edərək, 30 milyon müştərinin məlumatlarına çıxış əldə etdiyini açıqlayıb.

Bilidirilib ki, kiberhücumlara müştərilərin adı və soyadı, doğum tarixi və yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və tam elektron poçt ünvanı kimi şəxsi məlumatları daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью