İranın “ən sevilməyən xarici siması” Tramp seçildi

05.06.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tehranda keçirilən “The Gunpowder Festival” mərasimində ABŞ Prezidenti Donald Trampı təqlid edən aktyora simvolik şəkildə mükafat təqdim olunub. 
Missiya.Az xəbər verir ki, təsvirlərdə Trampı təqlid edən bir aktyor, əlində “Wet Gunpowder” mükafatını tutaraq səhnədə poz verib.
Ətrafında isə onu İran rəsmilərini və tədbir iştirakçılarını təmsil edən şəxslər alqışlayıblar. Sözügedən simvolik mükafat 2012-ci ildən bəri hər il İranda təşkil olunur və “ilin ən nifrət edilən xarici şəxsi” kimi qəbul edilən fiqura verilir.
Məqsəd, İranın siyasi mövqeyinə qarşı çıxan və ya düşmən obrazında təqdim edilən şəxsləri satirik formada ifşa etməkdir.



Zərintac Mayisqızı 

Missiya.Az 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью