İranın Ermənistandakı səfiri Azərbaycandan danışdı

10.03.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İranın Azərbaycana hücum etməsi üçün heç bir səbəbi yoxdur”.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami martın 5-də Naxçıvan Muxtar Respublikasının ərazisinə endirilən zərbələr barədə “Shant TV”-yə verdiyi müsahibədə belə deyib.

Səfir bildirib ki, əgər həqiqətən belə bir qərar verilsəydi, zərbə çox dəqiq olardı və hədəfinə çatardı.

O, İranın bölgədəki Amerika hərbi bazalarına endirdiyi zərbələri nümunə kimi göstərib.Şirqolami hadisənin özünü “şübhəli” adlandırıb.

Onun sözlərinə görə, Azərbaqycanın reaksiyasından sonra İranın hərbi komandanlığı Bakıya daha ehtiyatlı olmağı və ərazisinin İrana hücumlar üçün istifadəsinə icazə verməməyi tövsiyə edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью