İranın əsas fiqurlarından biri məhv edildi VİDEO+FOTO

23.03.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Tehranda SEPAH-ın aerokosmik parkı və onun muzeyi hava zərbələrinə məruz qalıb. Obyektlər “Iran Khodro” zavodunun yaxınlığında yerləşir.

Globalinfo.az xəbər verir ki, məlumata görə, zərbələr “Aşura” Aerokosmik Elmlər və Texnologiyalar Universitetinə də endirilib.

Ən azı səkkiz partlayışın qeydə alındığı bildirilir. İsrail Hərbi Hava Qüvvələri Tehrana qarşı yeni hücum dalğasının başladığını açıqlayıb. Bildirilir ki, əsas hədəf hərbi infrastruktur obyektləridir.

Hadisələr fonunda İranın raket proqramında mühüm fiqurlardan biri sayılan Səid Şamqədri Tehranda yerləşən evində öldürülüb. O, Razəvi-Xorasan vilayətinin təhlükəsizlik üzrə müavini Əmirulla Şamqədrinin qardaşı idi.

Analitiklərin fikrincə, İranın ballistik raket proqramı ölkənin əsas strateji prioritetlərindən biri olduğuna görə, həyata keçirilən əməliyyatlar bu sahə ilə bağlı əsas infrastruktur və şəxsləri hədəf alır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью