Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, analitik şirkətlər "Kepler" və "Energy Aspects"in məlumatına görə, ABŞ-ın Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmanın pozulmasından sonra İran limanlarına tətbiq etdiyi hərbi-dəniz blokadasını bərpa etməsi terminalda əməliyyatların dayandırılmasına səbəb olub.
"Windward" şirkətinin peyk görüntüləri Xark adasındakı üç yükləmə körpüsünün boş olduğunu, gözləmə zonasındakı gəmilərin sayının isə minimuma endiyini göstərib.
Xark adası İran iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Ölkənin ixrac etdiyi neftin təxminən 90 faizi bu terminaldan keçir. Ekspertlər blokadanın effektiv olduğunu və gəmilərin limana giriş-çıxışının faktiki olaraq dayandığını bildirirlər.
Məlumata görə, iyulun ortalarından etibarən İran nefti daşıyan heç bir tanker Fars körfəzindən çıxmayıb. Tehran hazırda yalnız əvvəllər bölgədən çıxarılan və Asiyadakı alıcılara çatdırılan neft yüklərindən gəlir əldə edir. Onlarla İran tankerinin Malayziya sahillərinə çatdığı və neftin daha sonra Çinə göndərildiyi bildirilir.
Ekspertlər isə bu maliyyə imkanının yaxın həftələrdə tükənə biləcəyini qeyd edirlər. Blokada boş tankerlərin İrana qayıtmasına da mane olur. Nəticədə bəzi gəmilər Şri-Lanka, Oman və Pakistan sahillərində gözləməli olur.
Analitiklər Xarkdakı neft anbarlarının dolmamasının İranın yataqlarda hasilatı da tədricən azaltmağa başladığına işarə edə biləcəyini bildirirlər.
Bizimyol.info