Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Cənubi Qafqaz ABŞ üçün ən yaxın və ən vacib region deyil, amma bizim birbaşa qonşuluğumuzda Ermənistana ən çətin dövrlərdə dəstək vermiş İran var”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan jurnalistlərə bildirib. Xüsusilə o dövrü xatırladıb ki, “Gürcüstanda vaxtaşırı qaz kəmərləri partladılırdı və kommunikasiya xətlərində ciddi fasilələr yaranırdı.
Hadisə və prosesləri uzunmüddətli perspektivdə təhlil etmək, Ermənistanın etimadına xələl gətirən addımlardan çəkinmək lazımdır”.
O qeyd edib ki, vaxtilə İrandan Ermənistana qaz kəmərinin çəkilməsi planlaşdırılarkən amerikalılar İrəvanı bu addımdan müxtəlif yollarla çəkindirməyə çalışırdılar. Koçaryanın sözlərinə görə, o zaman o, Vaşinqtona Ermənistan, İran və ABŞ-ın iştirakı ilə üçtərəfli konsorsium yaradılmasını təklif etmişdi.
Natiq Səlim,
KONKRET.az